Ukraynaya görünməmiş maliyyə axıdılır
Yusif Nəzərli
02:40 21.05.2022
Dünya
462
Bu dəstək müharibənin də taleyini həll edəcək
G7 ölkələri qarşıdakı aylarda Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün təxminən 20 milyard dollar ayırmaq barədə razılığa gəlib. Bu barədə G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iki günlük iclasının sonunda qəbul olunan yekun bəyanatda bildirilib. Qısamüddətli maliyyələşdirməyə 9 milyard dollardan çox töhfə verən ABŞ öz müttəfiqlərini Ukraynanın gələcəyini təmin etmək üçün daha çox iş görməyə çağırdıqdan sonra 19,8 milyard dollarlıq maliyyə dəstəyi barədə razılığa gəlinib. Bəyanatda G7-nin üzvlərinin hər birinin ayrılıqda nə qədər töhfə verəcəyi açıqlanmayıb:
“Biz bu müharibə boyu və ondan sonrakı müddətdə Ukraynanın yanında olmağa davam edəcəyik və lazım gəldikdə daha çox şey etməyə hazırıq”.
Onu da qeyd edək ki, ABŞ Senatı da Ukraynaya 40 milyard dollarlıq görünməmiş yardım paketini təsdiqləyib. Məbləğin böyük hissəsi Rusiya qoşunlarını ölkədən çıxarmağa çalışan Ukrayna ordusunu silahla təmin etmək üçün istifadə olunacaq. Ukrayna Prezidenti V.Zelenski ABŞ-a köməyə görə təşəkkür edib: “40 milyard dollar ABŞ-ın Ukraynada, Avropada və bütövlükdə dünyada sülh və təhlükəsizliyin bərpasına verdiyi əhəmiyyətli töhfədir”. Prezident Co Bayden Konqresdən Ukraynaya kömək üçün 33 milyard dollar istəyib, lakin müzakirələrdən sonra bu məbləğ artırılıb.
Ukraynanın maliyyə yardımı ilə “müdafiə” olunmasını “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, hər bir müharibənin əsasını maliyə təşkil edir. Ekspertin sözlərinə görə, Ukraynaya maliyyə dəstəyi müharibənin aqibətini müəyyən edəcək:
“Ukraynaya lazım olan da budur. Maliyyə dəstəyinin Rusiya tam məğlub olana kimi davam edəcəyi isə şübhəsizdir. Rusiyanın maliyyə imkanlarının getdikcə sanksiyalar səbəbindən azaldığı, Ukraynaya isə maliyyə yardımı axdığı bir şəraitdə müharibə heç vaxt gözləntilərin əksinə Moskvanın qələbəsi ilə başa çata bilməz. Rusiyanın dondurulmuş maliyyə vəsaitləri Ukrayna şəhərlərinin dirçəldilməsi üçün başlıca qaynaq olacaq. Rusların müharibə ilə dağıtdığını öz pulu ilə bərpa edəcəklər. Avropa və Qərb üçün Ukraynanı maliyyə ilə təmin etmək elə də çətin olmayacaq. Bu, onlar üçün iri vəsaitlər deyil. Rusiya bütün istiqamətlərdə sanksiyalar altında əzilir. Bu isə rus xalqı üçün gec-tez siqnal olacaq və Putinin onları saldığı duruma etiraz etmələrinə gətirib çıxaracaq. Rusiya kimi iri dövlət maliyyə imkanları olmadan idarə oluna bilməz.
Hələlik daxili ehtiyatlar hesabına ayaqda qalan Rusiyanın ayaqlarının büdrəməsinə az qalıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq