Zelenski Ukraynanın itkilərinin 80 mindən xeyli az olduğunu açıqlayıb
Yusif Nəzərli
01:17 03.12.2024
Dünya
352
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya – Ukrayna müharibəsində həlak olmuş hərbçilərinin sayının 80 mindən xeyli az olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Kyodo News” müsahibəsində danışıb.
Konkret rəqəm açıqlaya bilməcəyini bildirən dövlət başçısı itkilərin Qərb KİV-də yer alan saydan xeyli az olduğunu vurğulayıb:
“Kimsə bu yaxınlarda, deyəsən, amerikan mətbuatında məlumat vermişdi ki, 80 min ukraynalı ölüb. Amma sizə demək istəyirəm ki, yox, daha azdır, xeyli azdır”.
Prezident qeyd edib ki, söhbət məhz hərbçilərdən gedir, çünki işğal olunmuş ərazilərdəki itkilərin miqyası hələlik mübhəmdir. Onun sözlərinə görə, bura həm mülki əhali, həm hərbçilər, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları və yerli hakimiyyət nümayəndələri daxildir.
“Onların neçəsi ölüb, neçəsi itkin düşüb, neçəsi əsirlikdə zülm görüb – bunu bilmirəm. Buna görə mən yalnız ərazimizdə, nəzarətimizdə olan ərazidə qeydə alınmış hərbi itkilərdən danışıram”, – ölkə başçısı deyib.
Xatırladaq ki, Prezidenti Zelenski eyni müsahibədə rusiyalı həmkarı Vladimir Putinin “sülhlə maraqlanmadığını” bildirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi