“Əgər Ədəbiyyat Forumu yenə də sovetdənqalma "mədəniyyətin xala-bibilərinin" nüfuz yarışına çevriləcəksə, bu, sadəcə, bir el şənliyi olacaq”
“Azərbaycan dili artıq texnoloji çağın "ölü dili"dir” - Aqşin Yenisey
Yusif Nəzərli
12:28 28.07.2023
Ədəbiyyat
2344
Aqşin Yenisey: “Bu dildə çağımızın heç bir fəlsəfi, elmi mövzusunu ifadə etmək mümkün deyil”
“Əgər Ədəbiyyat Forumu yenə də sovetdənqalma "mədəniyyətin xala-bibilərinin" nüfuz yarışına çevriləcəksə, bu, sadəcə, bir el şənliyi olacaq”
“Əgər Ədəbiyyat Forumu yenə də sovetdənqalma "mədəniyyətin xala-bibilərinin" nüfuz yarışına çevriləcəksə, bu, sadəcə, bir el şənliyi olacaq”
Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.
Mədəniyyət Nazirliyindən “Sherg.az”a verilən xəbərə görə, sentyabrın 2-4-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.
Tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum sentyabrın 2-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başlayacaq, sentyabrın 3-4-də isə Bakı şəhərində davam edəcək.
Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq.
Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq.
Şair Aqşin Yenisey isə “Sherg.az”a açıqlamasında deyib ki, Mədəniyyət Nazirliyinin ədəbiyyatı və dili bir arada görməsi özü sevindirici haldır. Çünki bizdə bu sahələr ədəbiyyatın və dilçiliyin nüfuzunu pula çevirən ayrı-ayrı merkantil qurum və qrupların monopoliyasındadır:
“Foruma gəlincə, əsas məsələ bu forumun hansı heyətin iştirakı ilə keçiriləcəyidir. Əgər bu forum Qombroviçin təbirincə desəm, yenə də sovetdənqalma "mədəniyyətin xala-bibilərinin" nüfuz yarışına çevriləcəksə, bu, sadəcə, bir el şənliyi olacaq. Azərbayacan dili artıq texnoloji çağın "ölü dili"dir. Bu dildə çağımızın heç bir fəlsəfi, elmi mövzusunu ifadə etmək mümkün deyil. İnsanımız gələcəyini öz dilində görmür. Qərar qəbul etməliyik: ya çağı ifadə edən əcnəbi sözlərə dilimizdə milli pasport verməliyik, ya da bu sözlərin milli vahidlərini yaratmalıyıq. Əlbəttə, bu dili çağımızın mövzuları üzrə və mətndə istifadə etməyən yaşlı nəsil problemi görmür. Onlara görə, dil bayatı çağıra bilirsə, deməli, hələ də yaşayır. Halbuki günümüzün yaşayan dilləri bayatı çağırmaq taqətləri ilə deyil, kompüter proqramı yaza bilmək imkanları ilə öyünür. Cəmi 20-30 ildən sonra indiki ixtisasların üçdə ikisi olmayacaq, həyat sürətlə süni zəka dilinin əlinə keçir. Sual budur: Azərbaycan dili öz süni zəkasının dili ola biləcəkmi? Yəni istər ədəbiyyatda, istər dildə o qədər cavabını gözləyən suallar var ki, bu cür forumlar hər gün keçirilsə belə, yenə də azdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə