Kreml Putin-Ərdoğan telefon danışığı barədə məlumat yayıb
Yusif Nəzərli
11:35 28.03.2025
Region
440
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ətraflı telefon danışığı olub.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda strateji layihələrin təşviqi üzrə qarşılıqlı faydalı Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafının cari məsələləri nəzərdən keçirilib.
"İkitərəfli münasibətlərin müsbət dinamikası və qarşılıqlı ticarət dövriyyəsinin artımı məmnunluqla qeyd olunub.
Rusiya prezidenti Ukrayna münaqişəsinin sülh yolu ilə həlli və Rusiya-Amerika münasibətlərinin normallaşdırılması üçün ABŞ-la dialoqun gedişatını dəyərləndirib. Ən yüksək və digər səviyyələrdə keçirilən təmasların konstruktiv xarakteri qeyd olunub. O cümlədən, iki ölkənin ekspert qrupları arasında Ər-Riyadda bu yaxınlarda aparılmış məsləhətləşmələrin nəticələri və martın 18-dən etibarən Rusiya və Ukraynanın enerji obyektlərində 30 gün müddətinə moratoriumun qoyulması ilə bağlı əldə olunmuş razılaşma müzakirə edilib".
Eyni zamanda Putin Ukrayna tərəfinin Rusiyanın enerji infrastrukturuna davam edən hücum təxribat cəhdlərinə diqqət çəkib.
"İlkin olaraq 2022-ci ilin iyulunda Türkiyə və BMT Katibliyinin vasitəçiliyi ilə bağlanmış, lakin faktiki olaraq həyata keçirilməyən təhlükəsiz daşımalara dair “Qara dəniz təşəbbüsü”nün bərpası və Rusiya ərzaq və gübrələrinin ixracına maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan Rusiya-Amerika dialoqunu dəstəklədiyini və Türkiyə tərəfinin “Qara dəniz sazişi”nin irəliləyişini asanlaşdırmağa hazır olduğunu bildirib.
Suriya Ərəb Respublikasındakı mövcud vəziyyəti müzakirə edərkən liderlər ölkənin birliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini, daxili siyasi sabitliyin möhkəmləndirilməsi, əhalinin bütün etnik və dini qruplarının qanuni hüquq və mənafelərinə hörmətlə yanaşılması üçün onun hakimiyyət orqanlarına və xalqına hər cür köməklik göstərilməsinin vacibliyini vurğulayıblar.
Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı və bütün türk xalqını müsəlmanların müqəddəs Ramazan ayı və qarşıdan gələn Fitr bayramı münasibətilə təbrik edib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", Kremlin yaydığı məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol