
Psixoloq: "Cəmiyyətin susduğu hər an, bir uşaq daha susur"
10:00 09.04.2025
Sosial
447
Ana olmaq bioloji deyil, ruhi məsuliyyətdir
Yardımlı rayonunda orta məktəb şagirdi olan qıza qarşı cinsi zorakılıq törədilib.
Publika.az xəbər verir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, hadisəyə görə 4 nəfər həbs olunub:
“Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. Onlar arasında qızın anası da var. Azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır”.
K.Ağazadənin sözlərinə görə, azyaşlı qız sığınacağa yerləşdiriləcək, reabilitasiyaya cəlb ediləcək.
Təşkilat sədri hadisənin üsütünün açılmasına görə polisə təşəkkür edib:
“Mən illərdir ki, polis əməkdaşları tərəfindən uşaqların hansı ağır situasiyalardan çıxarıldığının, onlara qarşı cinayət əməlləri törətmiş şəxslərin ən ağır maddələrlə cəzalandırılmasının, heç bir güzəştə gedilməməsinin şahidiyəm. Polisimlə necə fəxr etməyim? Güvən olduqca önəmlidir. Güvənəcəyimiz isə polisdir”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, Yardımlıda 8-ci sinif şagirdi bir qız uşağının həm zorakılığa məruz qalması, həm də fahişəliyə cəlb olunması xəbəri hər birimizin qəlbini sarsıtdı:

“Xüsusilə də bu hadisədə onun doğma anasının da iştirak etməsi insanın beyninə sığmayan bir mənzərədir. İnsan təəccüblənir: bir ana öz övladına qarşı necə bu qədər amansız ola bilər? Bəzən insanlar bu cür halları yalnız maddi çətinliklərlə, ya da cəmiyyətin təzyiqi ilə izah etməyə çalışırlar. Amma ana-övlad münasibəti, sadəcə maddiyyatla izah edilə biləcək qədər sadə deyil. Burada çox dərin psixoloji, bəlkə də nəsillər boyu daşınmış travmalar, mənəvi deqradasiya və insanlıqdan uzaqlaşma var. İnsan doğulduğunda şəfqətə, mərhəmətə, sevgiyə ehtiyacla böyüyür. Əgər bir qadın bu ehtiyacları zamanında almayıbsa, özü də illərlə istismara məruz qalıbsa, dəyər və vicdan hissi onda heç formalaşmayıbsa – zamanla o qadın valideyinə çevrilsə belə, ana funksiyasını yerinə yetirə bilmir. Ana olmaq bioloji deyil, ruhi məsuliyyətdir. Övladı qorumaq, müdafiə etmək, yön vermək ananın ilk instinktidir. Bu instinktin susduğu bir qadında artıq insanlıqdan danışmaq çox çətindir”.
Psixoloqun sözlərinə görə bu hadisə bir daha göstərdi ki, cəmiyyət olaraq biz təkcə hüquqi deyil, psixoloji baxımdan da ciddi tədbirlər görməliyik:
“Uşaqların təhlükəsizliyi yalnız evdə yox, məktəbdə, qonşuluqda, cəmiyyətin hər qatında təmin edilməlidir. Hər birimiz uşaqla qarşılaşdıqda onun baxışlarını, davranışlarını müşahidə etməyi öyrənməliyik. Çünki zorakılıq görən uşaqların dili çox vaxt bədəni olur. Onlar danışmır, amma bizə çox şey “deyirlər”. Cəmiyyətin susduğu hər an, bir uşaq daha susur. Hər biganəlik bir faciəyə zəmin yaradır. Biz, psixoloqlar olaraq, belə hadisələrə yalnız kədərlənməklə deyil, maarifləndirməklə, valideynləri, müəllimləri, cəmiyyəti xəbərdar etməklə müdaxilə edə bilərik. Anaların ana ola bilməsi üçün onların da psixoloji dəstəyə, maarifə və şəfqətə ehtiyacı var. Bu hadisə təkcə bir ailənin yox, bütün cəmiyyətin problemidir. Çünki travmalı bir uşaq sabah ya travmalı valideynə, ya da travma yayan bir şəxsə çevrilir. Uşaqları qorumaq – gələcəyi qorumaq deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə