BDYPİ-dən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına mühüm - XƏBƏRDARLIQ
Yusif Nəzərli
16:44 16.04.2025
Cəmiyyət
358
Ölkə ərazisində gün ərzində müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində bəzi yol sahələrində su yığılması, yol örtüyünün sürüşkən hala gəlməsi, yol çökməsi, eləcə də görünüş məsafəsinin azalması halları qeydə alınır. Xüsusilə, gecə saatlarında bu cür hava və yol şəraiti hərəkətdə ciddi çətinliklərə səbəb olur, qəza riskini artırır.
BDYPİ-dən Sherg.az-a bildirilib ki, Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət tədbirlərini gücləndirib, zəruri bütün tədbirlərin görülməsi davam etdirilir. Lakin hava şəraitindən irəli gələn risklərin tam qarşısının alınması mümkün olmadığından, sürücülərdən hava və yol şəraitini nəzərə almaları, avtomobili ehtiyatla idarə etmələri, təhlükəsizlik qaydalarına ciddi əməl etmələri, sel, sürüşmə və uçqun təhlükəsi olan ərazilərdən mümkün qədər uzaq durmaları xahiş olunur.
"Piyadalardan da bu hava şəraitində daha diqqətli olmaları, yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etmələri tələb olunur. Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlardan zərurət olmadıqca axşam və gecə saatlarında şəxsi nəqliyyat vasitələri ilə yola çıxmamaları tövsiyə edilir. Yollarda təhlükəsizliyin qorunması üçün hər birinizdən diqqətli və məsuliyyətli davranmağınız bir daha xahiş olunur" - deyə, məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya