Peşəkarları geridə qoyur: 44 peşə süni intellektin təhlükəsi altındadır
09:56 08.10.2025
Texnologiya
405
Ən zəif performans göstərən peşələr arasında satış işçiləri ön sıradadır
Süni intellekt 44 peşə qrupunu təhlükə altında qoyur. Araşdırmalara görə, süni intellekt qarşısında ən zəif performans göstərən peşələr arasında satış işçiləri ön sıradadır.
Sherg.az xəbər verir ki, texnologiya, müxtəlif sahələrdə iş üsullarını dəyişdirir və bir çox peşə artıq bu vəziyyətdən təsirlənməyə başlayıb.
OpenAI şirkətinin yaydığı hesabatda bildirilir ki, bu vəziyyət artıq sadəcə nəzəriyyə deyil, reallıqdır.
Şirkət, süni intellekt ilə peşəkar işçilərin iş performansını müqayisə edən test həyata keçirib.
Nəticələr göstərdi ki, süni intellekt bir çox sahədə insan peşəkarları geridə qoyur. Ən yüksək təhlükə isə pərakəndə satış və satış sahələrində müşahidə olunub.
Satış işçiləri və avtomobil kirayə xidmətində çalışanlar halların 81%-ində süni intellektdən zəif performans göstəriblər.
İkinci ən yüksək təhlükə 79% ilə satış menecerlərindədir.
Üçüncü sırada isə 76% ilə çatdırılma işçiləri dayanır.
Test nəticələrinə görə, bu sahələrdə süni intellekt daha effektiv işlər görüb.
Redaktorlar 75% ilə, Proqram təminatı inkişaf etdiriciləri və tədqiqatçılar 70% ilə onları izləyib.
Hesabatda həmçinin maliyyə məsləhətçiliyi, daşınmaz əmlak agentliyi, hüquqşünaslıq, tibb bacılığı və digər bir çox peşələr də yer alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya