“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb

“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb.

Teleqraf xəbər verir ki, seçkilər iyunun 7-də baş tutacaq.

Klub prezidentliyi uğrunda hazırkı rəhbər Florentino Peres və iş adamı Enrike Rikelme mübarizə aparacaq.

79 yaşlı Florentino Peres 2009-cu ildən “Real Madrid”ə rəhbərlik edir. O, daha əvvəl 2000-2006-cı illərdə də klubun prezidenti olub.

Peresin rəhbərliyi dövründə Madrid təmsilçisi 7 dəfə İspaniya çempionu, 3 dəfə ölkə kubokunun sahibi olub.

Komanda həmçinin 7 dəfə UEFA Çempionlar Liqasını, 7 dəfə İspaniya Superkubokunu və 5 dəfə klublararası dünya çempionatını qazanıb.

“Real Madrid” bu mövsüm İspaniya çempionatını ikinci pillədə başa vurub.

Komanda UEFA Çempionlar Liqasında isə 1/4 final mərhələsində mübarizəni dayandırıb.