Koronavirus dünyada 3000-dən artıq insanın ölümünə səbəb olub.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, Çin daxil olmaqla planetin hər yerində, xüsusən də Çindən sonra İtaliyada və Cənubi Koreyada və Fransada ağır nəticələrə səbəb olmaqdadır. Hətta Fransada Luvr muzeyi də bağlanıb. Çində koronavirusdan 2,912 nəfərin öldüyü bildirilir. Bu gün isə yeni 42 nəfər bu virusun qurbanına çevrilib.
Bu gün (bazar ertəsi) Çində bu virusa yoluxma ilə bağlı 202 hal qeydə alınıb. 50 milyondan çox insanı hədəf alan “Covid-19” epidemiyasının Çində getdikcə zəiflədiyi görünsə də, bir neçə ölkədə vəziyyət pisləşməkdə davam edir. İtaliyada dünən (bazar günü) təxminən 500 yeni hadisə qeydə alınıb. Ölkədə təxminən 1700 yoluxma halı var.
Bu gün isə 5 yeni ölüm xəbəri verilib. İtaliyanın şimalının üç bölgəsində: Lombardiya, Emiliya-Romaqna və Veneto bölgəsində koronavirus 34 nəfərin ölümünə səbəb olub.
Çindən sonra koronavirusdan ən çox təsirlənən ikinci ölkə Cənubi Koreyadır. 22 nəfər ölüb. 4000-dən çox insan yoluxub. Bu gün isə (bazar ertəsi) 500-ə yaxın insan yoluxub. Dörd yeni ölüm halı qeyd edilib. Seul şəhər meriyası, dini hərəkatı epidemiyanın yayılmasının qarşısını ala bilməməkdə günahlandırıb. “İsanın Şinşheonji” Kilsəsinin rəhbərlərinə qarşı cinayət işi qaldırılıb. Ölkədə təsdiqlənmiş halların ən azı 60 faizi bu güclü, lakin qeyri-şəffaf bir təşkilatla əlaqədardır.
Luvrun bağlanması, "Paris Kitab" 2020 nəşri ləğv edilir.
Fransada Avropada koronavirusdan əziyyət çəkən bir ölkəyə çevrilib. 130 nəfər yoluxub. İki nəfər dünyasını dəyişib. 2019-cu ildə 9.6 milyon ziyarətçini qəbul edən Fransa paytaxtında turizm üçün emblemik bir yer olan Luvr Muzeyi dünən (bazar günü) bağlandı. İşçilər, koronavirus təhküsinə görə, işlərini dayandırmalarını tələb ediblər. Muzeyin rəhbərliyi də hələ ki, muzeyin qeyri-müəyyən vaxta qədər bağlı qalacağını bildirib. Martın 20-dən 23-dək keçiriləcək fransız dilli nəşrlərin əsas məkanı olan « Livre Paris” sərgisi də ləğv edilib.
Almaniyada da koronavirusla bağlı 129 hadisə qeydə alınıb. Ölüm halının olub, olmamasına dair məlumat açıqlanmayıb.
İranda dünən (bazar günü) 11 yeni ölüm hadisəsi qeydə alınıb və bununla da rəsmi açıqlamaya görə, ölənlərin sayı 54 nəfərə çatıb. BBC-nin Farsca xidməti isə məlumat verir ki, İran rəsmi mənbələri faktları gizlədir. Əslində isə İranda koronavirusdan dünyasını dəyişənlərin sayı 210 nəfərdir. Sadəcə, hökumət bu rəqəmləri inkar edir.
Məlumat üçmün bildirək ki, bu virus ayrı-ayrı ölkələrin iqtisadiyyatına ciddi zərbələr vurur. Məsələn, İsrail hava yolları olan « El Al » dünən (bazar günü) epidemiya ilə əlaqəli bir neçə xarici uçuşu ləğv edib. Nəticədə yaranan maliyyə itkisi səbəbiylə 6000 işçisindən 1000-ni işdən azad etməyi planlaşdırır.
Almaniya və İtaliya kimi bir neçə ölkə artıq yardım tədbirlərini planlaşdırır və aidiyyəti sektorlara əlavə vəsait ayırır. Epidemiya idman tədbirlərinin vaxtının ertələnməsinə səbəb olub. Martın 8-də keçirilməsi planlaşdırılan Qatar motosiklet qran prisi ləğv edildi. İtaliyada futbol çempionatındakı bir neçə oyun (Serie A) təxirə salınıb.
Yazıda o da diqqətə çatdırılıb ki, koronavirus ABŞ-da yayılmağa başlayıb və artıq 21 nəfərdə yoluxma halı aşkarlanıb. ABŞ-da Vaşinqton ştatında (şimal-qərb) ikinci bir ölüm halı elan edildi. 21 nəfərin isə koronavirusa yoluxduyu bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun təhdid səviyyəsinin həftə sonuna qədər yüksələcəyini bəyan edib.