Son dəqiqə xəbəri... Millət vəkili koronanı yendi və "qorxmayın" dedi


İranda yeni tip korona virusuna (Covid-19) yoluxan Tehranlı millət vəkili Venera İlahiyan yaxşılaşaraq xəstəxanadan buraxılıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, özü də həkim olan İlahiyan, tədbirlərin alınması halında Covid-19-dan qorxumağın gərəksiz olduğunu söyləyib. İlahiyan, "Vacib olmadığı halda səyahət etməyin, əllərinizi tez-tez yuyun və əllərinizlə üzünüzə təmas etməkdən çəkinin" deyə bildirib.
Millət vəkili Venera İlahiyan , dövlət televiziyasında nümayiş olunan görüntülü mesajında, Covid-19 diaqnozu qoyulduqdan sonra Tehrandakı Məsih Danişveri xəstəxanasında müalicə altına alındığını və xəstəliyi yenərək xəstəxanadan buraxıldığını söyləyib.

İlahiyanın məsləhətçisi Mustafa Feyli, 5 martda Tehran millət vəkilinin Covid-19 test nəticəsinin müsbət çıxdığını və xəstəxanada karantinə alındığını bildirmişdi.

Turan