Bu il 336 müəllifin əsəri rəsmi qeydiyyata alınıb

2021-ci ilin on ayı ərzində müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı 336 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 798 müraciəti əsasında 733 əsər Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq agentlikdən məlumat verilib.

Bildirilib ki, bunlardan 212 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 312 əsəri elektron hökumət portalı (https://www.e-gov.az/az/servicess) vasitəsilə onlayn qaydada qeydiyyatdan keçirilib.

Həmçinin müraciət edən müəlliflər arasında bəstəkarlar Cavanşir Quliyev və Vüqar Camalzadə, rəssam Faiq Əhməd də var.