Pentaqonun gizli sənədləri ortaya çıxdı: Qorxunc qırğınlar... 

"New York Times" qəzeti, Pentaqonun gizli sənədlərini ələ keçirib. Məlum olur ki, ABŞ bir çox vətəndaş qırğınlarının üstünü örtməyə çalışıb. Sherg.az xarici media istinadən xəbər verir ki, ordunun və hərbi vasitələrin gətirib çıxardığı fəlakətlər, bütün dünyada soyuq duş təsiri yaradıb.

19 İyul 2016-cı il, səhəri saat 3-00 radələrində Amerikanın Xüsusi Hərəkat qüvvələri, Suriyanın şimalında çay sahilindəki üç DEAŞ "toplanma sahəsinin" olduğuna inandıqları yeri bombalayıb. ABŞ-lı səlahiyyətlilər, 85 DEAŞ xadiminin öldürüldüyünü bildirib.
Ancaq əslində, kəndçilərin, ailələrinin və yerli əhalinin gecə vaxtı bombalama və silah səslərindən qorunmaq üçün sığındığı cəbhə xəttindəki evlər vurulub. 120-dən çox kəndli bu bombalanmada həyatını itirib.
2017-ci ilin əvvələrində İraqda bir ABŞ hərbi təyyarəsi, Qərb Mosulun Wadi Hajar səmtində bir qovşaqda dayanmış, bomba yüklü olduğunu təsdiqlədikləri tünd rəngli bir avtomobili vurub.
Əslində avtomobildə bomba deyil, yaxınlıqdakı toqquşmalardan qaçan arvadı və iki uşağı olan Majid Mahmoud Əhməd adında bir kişi olub. Onlar və digər üç vətəndaş öldürülüb.

Noyabr 2015-ci ildə, bir nəfərin  "naməlum ağır bir obyekti" DEAŞ-ın "müdafiəetmə xəttinə" doğru çəkdiyini müşahidə etdikdən sonra, ABŞ hərbi qüvvələri İraqın Ramadi şəhərində bir binanı vurub. Hərbi araşdırma zamanı obyektin əslində hücumda ölən bir uşaq olduğunu müəyyənləşdirib.
Bu hadisələrin heç biri bir "səhv" olaraq qiymətləndiriliməyib. Bu hadisələr, gizli bir Pentaqon arxivindən götürülüb. "The New York Times" tərəfindən əldə edilən və 1300-dən çox vətəndaşın öldüyü bildirilən hesabatda göstərilir ki, ordunun öz gizli qiymətləndirmələri, hava hücümunun qüsurlu, tələsik və ümumiyyətlə qəti olmayan hədəf təyin etmələrlə irəlilədiyini açıqca ortaya qoyur.

Turan