Rusiya “modernləşdirilmiş işğal texnologiyaları” hazırlayıb və onu çox məharətlə icra edir 

"Bəs Qərb haradadır? Müttəfiqlərini qorumağa, vəziyyətdən çıxarmağa gücü çatmır, yoxsa bütün bu oyunlarda onun da hansısa maraqları təmin edilir?"

“Rusiya hər 2-3 ildə bir dəfə ayağa qalxır, əlini atıb bir respublikanı cənginə alır,  qanına qəltan edir”. 

“Sherg.az”ın xəbərinə görə, bunu tanınmış jurnalist Müşfiq Ələsgərli deyib. 

Jurnalist bildirib ki, Gürcüstanda, Ukraynada, ardınca isə Qazaxstanda bənzər senarilərin təkrarlanması düşündürücüdür: 

“Aydın şəkildə görünür ki, “modernləşdirilmiş işğal texnologiyaları” hazırlanıb və  çox məharətlə icra edilir. Qərbin ayaq basdığı və ya ayaq basmağı planlaşdırdığı bütün ərzilərə Rusiya elə Qərbin öz metodları ilə daxil olur: “Xalqlar ayaqlanır, kimisi sosial ədalət, kimisi müstəqillik tələb edir. Və bu anda həmin demokratik tələbləri müdafiə etmək üçün Rusiya peyda olur. Həmin əraziləri özünə qatır və hər şey bitib gedir”. 
Rusiyanın bu texnologiyası yeni deyil, son 20-30  ildə  icra olunur, bütün detalları ortadadır. İşğalçıdır, avtoritardır, bütün pis epitetləri özündə daşıyır və s. Bəs Qərb haradadır? Müttəfiqlərini qorumağa, vəziyyətdən çıxarmağa gücü çatmır, yoxsa bütün bu oyunlarda onun da hansısa maraqları təmin edilir? Niyə effektiv müdafiə, effektiv dəstək mexanizmi qura bilmir?”.