Blinken Lavrovu gələn həftə Avropada görüş keçirməyə dəvət edib


ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrova gələn həftə üz-üzə görüş keçirmək təklifi ilə məktub göndərdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə E.Blinken BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Mən bu gün Lavrova məktub göndərərək böhranın münaqişəsiz həlli üçün atacağımız addımları müzakirə etmək üçün gələn həftə Avropada görüşmək təklifi ilə məktub göndərdim", - deyə dövlət katibi qeyd edib.

O, NATO-Rusiya Şurası və ATƏT Daimi Şurası çərçivəsində görüşlərin keçirilməsini təklif etdiyini deyib.