Manaf Ağayev həbs edildi: Yoxlamalar başlandı - YENİLƏNİB + FOTO/VİDEO


“Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı onların keçdiyi nəzarət postunda xidməti yoxlama aparılır”.

Bunu Oxu.Az-a açıqlamasında DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

O qeyd edib ki, xidməti yoxlamaların nəticəsinə uyğun qərar qəbul ediləcək.

13:39

Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov həbs olunublar. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. 

Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayev və Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı.