Makron və Putin 1 saat 45 dəqiqə  telefonla danışıblar: Razılığa gəliblər

Fransa və Rusiya prezidentləri Emmanuel Makron və Vladimir Putin telefon danışığı zamanı yaxın saatlarda Ukrayna üzrə üçtərəfli işçi qrupun görüşünün təşkili üzərində işləmək barədə razılığa gəliblər.

APA bildirir ki, bu barədə Yelisey sarayından məlumat verilib.

Məlumatda qeyd olunub ki, Prezidentlər bütün maraqlı tərəflərin təmas xəttində atəşkəslə bağlı öhdəliyinə nail olmaq üçün yaxın saatlarda üçtərəfli təmas qrupunun görüşünün keçirilməsini təmin etmək üçün çalışmağa razılaşıblar.

Xəbər verdiyimiz kimi, bu günü Makron və Putin arasında telefon danışığı olub. Fransa mətbuatının məlumatına görə, söhbət 1 saat 45 dəqiqə davam edib.