KİV: Vladimir Putin İlham Əliyevlə görüşəcək 

Rusiya prezidenti Vladimir Putin gələn həftə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

APA xəbər verir ki, bu barədə "Rossiya 1" kanalında "Moskva. Kreml. Putin" verilişində bildirilib.
Məlumatda bildirilir ki, həftə ərzində xarici liderlərin Rusiyaya mühüm səfərləri də davam edəcək. O cümlədən, Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfərindən də söhbət açılıb.

Bununla yanaşı Kremldə Pakistanın baş nazirini gözləndiyi də qeyd olunub.