Birinci vitse-prezidentin 5 illik fəaliyyətinə BAXIŞ: n çətin günlərdə hər zaman öndə...”

Novella Cəfəroğlu:“Mehriban xanım siyasi baxışından asılı olmayaraq hər kəsə yardım edən şəxsiyyətdir ”

Tahir İmanov:“Düşünürəm ki, onun fəaliyyətinin bundan sonrakı mərhələsində də mədəniyyət sahəsinin rifah və inkişafı yolunda ölkəmizdə yaxşı işlər görüləcək” 



Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür. 
Heç kimə sirr deyil ki, Mehriban xanım  Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzində olub. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunana qədər fəaliyyəti, xüsusən də Heydər Əliyev Fondunun Pezidenti olaraq həyata keçirdiyi çoxsaylı praqmatik layihələr məhz onun qayğıkeş və xoş niyyətindən xəbər verirdi. Birinci vitse-prezident UNESCO-nun və İSESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi Avropa və Asiyada uğurla təmsil edib, edir. Onun Azərbaycanda keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya kimi beynəlxalq idman və musiqi tədbirlərində yüksək təşkilatçılıq bacarıqları nəticəsində Azərbaycanın dünyada imici və reputasiyası daha da güclənib.

Birinci xanımın ötən beş ildəki fəaliyyəti ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu  və  KVN teatrının bədii rəhbəri,əməkdar artist Tahir İmanov “Sherg.az”a danışıblar. 

N.Cəfəroğlu bildirib ki, Mehriban xanım Əliyeva İkinci Qarabağ savaşından sonra mütəmadi olaraq qazilərlə görüşlər  keçirib: 

“O, ölkəmizdə yeni məktəblərin, xəstəxanaların inşa olunmasına xüsusi diqqət ayırıb. Mehriban xanımın görüdüyü işlər göz qabağındadır.Ölkənin ən çətin günlərində onu hər zaman ön cərgələrdə görürük. O siyasi baxışından asılı olmayaraq hər kəsə yardım edən şəxsiyyətdir. Təbii ki bütün insanlara yardım etmək mümkün deyil. Amma mən özüm şahidi olmuşan ki Mehriban xanım Əliyeva daim insanlara yardıma təşəbbüs göstərib”. 

T.İmanov isə Birinci vitse-prezidentin  fəaliyyətindən danışarkən 2019-cu ildə Prezident İlham Əliyevin mədəniyyət işçiləri ilə görüşünə diqqət çəkib:

 “Həmin görüşdə Mehriban xanım da iştirak edirdi. Bununla uzun müddətli qadağalardan sonra bizim efirlərə çıxmağımıza qoyulan məhdudiyyətlər aradan qaldırıldı. Bu işdə də Mehriban xanımın çox böyük rolu oldu. Bizim üçün bu önəmli idi. Biz hər zaman ölkə rəhbərliyini, eləcə də Birinci vitse-prezidentin  dəstəyini hiss etmişik. Düşünürəm ki, onun fəaliyyətinin bundan sonrakı mərhələsində də mədəniyyət sahəsinin rifah və inkişafı yolunda ölkəmizdə yaxşı işlər görüləcək”.