Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Bu barədə “Haber Global” Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən məlumat yayıb.
Telefon söhbətində Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına yönəlmiş məqamlar, həmçinin Ermənistanla münasibətlər və Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlər müzakirə olunub.
Liderlər söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlərdə koordinasiyalı şəkildə hərəkət etmək qərarlılıqlarını bir daha təsdiqləyiblər.