Zelenski: "Putin Ukraynanı məhv etmək istəyir, lakin ordu layiqli cavab verir"

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı məhv etmək istədiyini deyib.

APA xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

“Məlumatı rəsmi mənbələrdən almaq vacibdir. Rusiya bu gün Ukraynaya müdaxiləyə başlayıb. Putin Ukrayna ilə, bütün demokratik dünya ilə müharibəyə başlayıb. O, dövlətimizi məhv etmək istəyir”, - Zelenski vurğulayıb.

Zelenski Ukrayna Ordusunun layiqli cavab verdiyini də diqqətə çatdırıb.

O, Ukrayna xalqına müraciət edərək Orduya dəstək verməyə və panikaya qapılmamağa çağırış edib.