Rusiya Ukraynada dinc əhaliyə zərbələr endirib.
“Sherg.az” xəbər verir ki, “TRT Haber” həmin evlərə baxış keçirib.
Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını elan etdikdən sonra paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində partlayış səsləri eşidilir.
Rusiyanın gecə saatlarında başlatdığı hücumlarda Mariupolda mülki əhalinin yaşadığı yerlər atəşə tutulub. Çoxsaylı binalar vurulub. Yaralıların olduğu hücumlarda itki yoxdur.
“TRT” xəbər qrupunun baxış keçirdiyi görüntüləri təqdim edirik: