Zelenski: Rusiya ilə Bakı, Varşava, Budapeşt və İstanbulda danışıqlara hazırıq


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Bakı, Varşava, Budapeşt və İstanbulda danışıqlara hazır olduğunu bildirib.

APA-nın xəbərinə görə, V. Zelenski deyib ki, Ukrayna və Rusiya arasında danışıqlar Belarusda, Minskdə ola bilməz.

O bunu Ukraynaya qarşı hərbi əməliyyatlarda Belarus ərazisindən də istifadə olunması ilə izah edib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıq üçün Belarusa gedib. Nümayəndə heyətinə Rusiya Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər qurumların nümayəndələri daxildir.