Rusiya və Ukrayna müvəqqəti atəşkəslə bağlı razılığa gəldilər


Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.

Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.

Tərəflər müvəqqəti atəşkəs və danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Məlumata görə, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq.

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib:

"Tərəflər müvəqqəti atəşkəs və hərbi əməliyyatların getdiyi bölgələrdəki yaşayış məntəqələrinin sakinlərinin təlxiyəsi üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair anlaşdılar. Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək", - Podolyak söyləyib.