Blinken: “Rusiyanın Ukrayna ilə müharibəsi Putinin planına uyğun getmədi”


ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Rusiya ilə qarşıdurmada qələbə çalacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, Putin yəqin ki, ukraynalıların belə qeyri-adi müqavimətini gözləmirdi.

“Əgər Moskva hökuməti hansısa yolla devirmək və özünün marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə bundan imtina edəcək”, - deyə Blinken bildirib.

Blinken deyir ki, müharibə Putinin planlarına uyğun getmədi. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub.

ABŞ dövlət katibi hərbi əməliyyatlar tam dayandırılana qədər ölkəsinin Rusiyaya təzyiqlərini davam etdirəcəyini təsdiqləyib.

Mənbə: UNİAN