Avropa İnvestisiya Bankı Ukraynaya dəstəyi təsdiqlədi


Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya 668 milyon avro məbləğində maliyyə dəstəyini təsdiqləyib.

“İdarə Heyəti (bankın direktorları) Ukraynaya 668 milyon avro məbləğində təcili maliyyə dəstəyini təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu vəsaitlər Ukrayna hökumətinə vətəndaşları üçün ərzaq, dərman və yanacaq alınması daxil olmaqla, ən aktual maliyyə ehtiyaclarını ödəməyə kömək etmək üçün nəzərdə tutulub.

“Təcili dəstək bir neçə gün ərzində mümkün olacaq”, - deyə vurğulanıb.

Mənbə: RİA Novosti