Aparıcı Şuşadan foto paylaşdı, çoxlu “like” gəldi 

Aktrisa-aparıcı Kəmalə Piriyeva Şuşaya səfər edib.
"Sherg.az" xəbər verir ki, o bu barədə "İnstagram" səhifəsində foto paylaşıb.
Sözügedən fotoya çoxlu sayda bəyənmə gəlib.
"Şuşa, səni bağrıma basa biləcək qədər geniş qollar istəyirəm. 30 ilə yaxın gözümüz səni görmədi, amma könülümüzdən də uzaq olmadın.

Mən səni heç vaxt görməmişdim, lakin  həsrətlə böyümüşdüm. Qəlbimdə bəslədiyim məhəbbəti, heç vaxt görmədiyim bir yerə olan bu dərəcə sevgini necə izah edim bilmirəm. Qarabağın ürəyi, sənə qayıdışımız mübarək!"-, deyə aktrisa vurğulayıb.