Zelenski və Bayden Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini müzakirə ediblər - FOTO

ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Vladimir Zelenskiyə zəng edib.
Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Məlumatıa görə, prezidentlər ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:18-dən 18:50-dək (Bakı vaxtı ilə saat 03:18-dən 03:50-dək) danışıblar.

Öz növbəsində, Zelenski “Twiter” hesabında bununla bağlı yazaraq, söhbət zamanı təhlükəsizlik məsələləri, Ukraynaya maliyyə dəstəyi və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin gündəmdə olduğunu bildirib