Ukraynada sükut rejimi elan edilib, humanitar dəhlizlər açılır


Rusiya sükut rejimi tətbiq edəcək.

APA Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sükut rejimi bu səhər Moskva vaxtı ilə saat 10:00-da qüvvəyə minir.

Bildirilib ki, humanitar dəhlizlər Fransa Prezidenti Emmanuel Makronun xahişi əsasında açılır.

Mülki əhali Kiyev, Mariupol, Xarkov və Sumı şəhərlərini tərk edə biləcək.