“Bayraktar Akıncı” pilotsuz döyüş aparatı Türkiyədən Azərbaycana birbaşa uçuş edib


“Bayraktar Akıncı” pilotsuz döyüş aparatı “TEKNOFEST Azərbaycan” festivalına qatılmaq üçün Bakı səmasına çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin dünyaca məşhur Baykar Makina kompaniyası məlumat yayıb. Bildirilir ki, artıq 2 min kilometr uçuş etmək imkanı qazandırılan “Bayraktar Akıncı” həm “TEKNOFEST Azərbaycan”da mavi səmada məharətini göstərəcək, həm də festival çərçivəsində sərgidə nümayiş olunacaq.

Məlumatda bildirilir ki, Bakıya eniş edən “Bayraktar Akınçı” Türkiyənin Çorlu bölgəsindən səmaya qalxaraq, Gürcüstan ərazisini keçərək Azərbaycana çatıb.

Qeyd edək ki, 44 günlük ikinci Qarabağ savaşında dünya hərb tarixinə qızıl hərflərlə yeni döyüş dastanı yazan “Bayraktar Akıncı” pilotsuz döyüş aparatının üç ölkəyə ixracatı üçün satış müqavilələri imzalanıb.