Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin Şuşa toplantısı başa çatıb - FOTO

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvlərinin Şuşada keçirilən yeddinci toplantısı başa çatıb.

Sherg.az  xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətində parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç "Twitter" hesabında bildirib.

O qeyd edib ki, toplantı 28 illik həsrətdən sonra azad edilən Şuşada gerçəkləşdirilib.