İlham Əliyev: Ermənistan tərəfi 10 noyabr Bəyanatının bütün müddəalarına əməl etməlidir

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü zamanı işğaldan azad edilmiş əraziləridə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğulayıb.

APA xəbər verir ki, Azərbaycan dövlət başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edib.