Milli Məclisin deputatları Ələt Azad İqtisadi Zonasında olacaqlar

Milli Məclisin deputatları Ələt Azad İqtisadi Zonasında olacaqlar.

“Report”un xəbərinə görə, deputatlar iyunun 2-də Ələt Azad İqtisadi Zonasında yaradılan şəraitlə yaxından tanış olacaqlar.

Qeyd edək ki, qurumun İdarə Heyətinin sədri Valeh Ələsgərov parlamentin ötən iclasında deputatları orada yaradılan şəraitlə tanış olmağa çağırmışdı.