Birinci vitse-prezident:“Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!” - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rəsmi “Instagram” hesabında paylaşım edib. 
Paylaşımda deyilir:
 “Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!”