Siyəzəndə ev yanıb, 1 nəfər xəsarət alıb

Siyəzən rayonundan yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sherg.az-a  verilən məlumata görə, rayonun Ərziküş kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik talvar və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.