İranda 53 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

İranda ötən sutka ərzində 53 nəfər koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 331 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 458 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 7,05 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 150 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,5 milyon təşkil edir.