Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 31 360 nəfərə çatıb.
Gedən döyüşlərdə Rusiya ordusunun 1390 tankı, 3416 zirehli döyüş maşını, 694 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 96 HHM sistemi, 212 təyyarəsi, 177 helikopteri, 2 405 avtomobil texnikası, 13 gəmisi, 553 kəşfiyyat PUA-sı, 53 xüsusi texnikası, 125 qanadlı raketi məhv edilib.