3-5 manata satılan eynəklər gözdə hansı xəstəlikləri yaradır? - AÇIQLAMA + VİDEO

Yayın gəlişi ilə günəş şüalarından qorunmaq üçün eynəklərə tələbat artıb.
ARB-nin “Günə doğru” verilişində eynəklər barədə süjet yayımlanıb.
Belə ki, sorğuda iştirak edən sakinlər eynək seçimlərində birmənalı olaraq keyfiyyətə önəm verdiklərini deyiblər.
Mağaza satıcıları isə 3-5 manata olan eynəklərə tələbin az olmadığını vurğulayıblar. Satıcının sözlərinə görə, sürücülər eynək alışında daha seçicidirlər.
3-7 manat aralığında olan eynəklərin alıcıları çox olsa da, mütəxəssislər onların alışını məsləhət görmürlər.
Mövzu ilə bağlı cərrah-oftalmoloq Lamiyə Əliyeva bu kimi eynəklərin göz üçün zərərli olduğunu, katarakt və digər göz xəstəliklərini yaratdığını bildirib.
Daha ətraflı süjetdə: