“Formula-2” üzrə sərbəst yürüş başa çatıb

Bakıda “Formula-2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb. 

Oxu.Az xəbər verir ki, “Hitech Grand Prix” komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib. 

“Carlin”dən Liam Louson ikinci, Vipsin komanda yoldaşı Markus Armstronq isə üçüncü olub. 

Saat 16:30-da sıralama turu başlayacaq.