"Azərbaycanda dövlət din münasibətləri yüksək səviyyədədir"

"İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunub saxlanılır".

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Azər Badamov deyib. 

Deputat bildirib ki, müstəqilliyimizə qovuşanda dövlət rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev də İslam dininə bağlılığımızı və hörmətlə yanaşdığını açıq şəkildə ifadə etdi: 

"Ulu Öndər Heydər Əliyev ailə üzvüləri ilə birlikdə Məkkəyə həcc ziyarətinə gedərək ölkəmizin gələcəyi üçün öz dualarını etdi. Bu gün artıq torpaqlarımız azad olunub və ölkəmiz sözün əsl mənasında öz müstəqilliyinə qovuşub. Dinimizə bağlılq və məscidlərə xüsusi diqqətlə yanaşılaması Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək hörmət və ehtiramla hər zaman ifadə olunur. Ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir. Bu məscidlərin yenidən qurulması üçün dövlət başçımız sərəncamlar imzalayıb. Dövlət büdcəsindən vəsaitlər ayrılıb. Yeni tikilən məscidlərin açılışlarında Prezident İlham Əliyevlə Mehriban xanım Əliyeva bir yerdə iştirak edirlər. Məscidlərin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir".

Parlament üzvü xatırladıb ki, işğaldan azad etdiyimiz ərazilərdəki 67 məscid erməni vandalları tərəfindən dağıdılıb, təhqir olunub: 

"Amma cənab Prezident və Mehriban xanım o dağılmış məscidlərə daxil olanda İslam dinin qaydalarına yüksək riayət edir və yenidən qurularaq bərpası üçün tapşırıqlarını verir. Mehriban xanım tərəfindən işğaldan azad olunmuş ərazilərdəki məscidlərə müqəddəs Quran kitabı hədiyyə edilib. Bu gün Şuşa şəhərindəki üç məscid məhz Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Ölkəmizdə dini kadrların hazırlanması üçün ölkə başçımızın sərəncamı ilə İlahiyyat İnstitutu tikilərək cari ilin 11 aprelində istifadəyə verilib. Bu institutda dini biliklərə yiyələnmiş mütəxəsislər hazırlanır ki, bu da ümumən ölkədə İslam əxlaqının formalaşmasına xidmət edəcək".

A.Badamov vurğulayıb ki, dövlət başçısının Allaha bağlılığı digər dinlərə hörmətlə yanaşmasında da özünü göstərir: 

"Ölkəmiz dini müxtəlifliyi ilə zəngindir. Məhz bütün dinlərə hörmətlə yanaşmağımızın göstəricisidir ki, ölkəmizdəki kilsələr və sneqoqlar da dövlət vəsaiti ilə bərpa olunaraq möminlərin istifadəsinə verilib. Həm də bütün dinlərin və konfensiyaların fəaliyyəti üçün Prezidentin ehtiyat fondundan mütəmadi maliyyə vəsaitləri ayrılır. Ölkəmizdə konstitusiyala dövlət dindən ayrı olsa da, dövlət din münasibətləri yüksək səviyyədə inkişaf edir. Dini dəyərlərin qorunması və inkişaf etdirilməsində dövlət hər zaman öz dəstəyini göstərir”.