Din sahəsi dövlətin ən prioritet məsələlərindən biridir

"İstər islam dininə aid məscidlərin yenidən qurulması, tikilməsi, istərsə də digər dinə aid olan ibadətgahların bərpası və yenilərinin tikilməsinə ayrılıqda böyük diqqət və qayğı göstərilir"

"Prezident Cənab İlham Əliyev tərəfindən hər zaman dini məbədlərin təmirinə, bərpasına və qurulmasına böyük diqqət və qayğı göstərilib".

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. 

Deputat bildirib ki, din sahəsi dövlətin ən prioritet məsələlərindən biridir: 

"İstər islam dininə aid məscidlərin yenidən qurulması, tikilməsi, istərsə də digər dinə aid olan ibadətgahların bərpası və yenilərinin tikilməsinə ayrılıqda böyük diqqət və qayğı göstərilir. Bu dünya üçün bir nümunədir. Prezident İlham Əliyev tərəfindən də bu sahədə məqsədyönlü işlər görülməkdədir. Ölkə başçısı işğaldan azad olunmuş ərazilərdə məhv edilmiş dini abidələrin, məbədlərin bərpası üçün xüsusi diqqət ayırıb. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Ağdamda, Şuşada və digər işğaldan azad edilmiş bölgələrdə bərpa olunan məscidlərə ziyarətinin dəfələrlə şahidi olmuşuq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Xüsusən də işğaldan azad olunmuş ərazilərdə tarixi mədəni abidələrin bərpası işlərində mühüm addımlar atılıb. Təzəpir, Şamaxı məscidlərin bərpa işlərinə böyük diqqət ayrılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan multikultural ölkədir, tolerantlığın inkişaf etdiyi bir ölkədir. Abidələr, dini ziyarətgahların qorunması dövlət tərəfindən, o cümlədən Heydər Əliyev fondu tərəfindən sistemli şəkildə həyata keçirilir”.