Şəhidimiz Şəkidə dəfn olundu - FOTO

Ermənilərin törətdikləri genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Lətifov Fərid Qiyas oğlu dəfn edilib.
Oxu.Az-ın məlumatına görə, əvvəlcə şəhidimizlə vida mərasimi keçirilib.
Şəhidin vida mərasimində döyüş yoldaşları, ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra qəhramanımız Şəkidə yerləşən Şəhidlər xiyabanında dəfn edilib.