ABŞ səfirliyindən Anım Günü ilə bağlı paylaşım - FOTO


“Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına yönələn səylərə əvvəlki kimi sadiqdir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Anım Günü ilə bağlı paylaşımında bildirilir.

“27 sentyabrda Azərbaycan və Ermənistan arasında münaqişədə həyatlarını itirənləri yad edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə diplomatik qurumdan əlavə edilib.