"Erməni-fransız, başqa soysuzlar dinc durmur"


Azərbaycan nümayəndə heyəti AŞ PA-da ermənilərin atmacalarını dəf etməyə çalışır
  “Avropa Şurasında asıq erməni sifətlərini görəndə qələbənin dəyərini daha dərindən hiss edirsən”. "Sherg.az" xəbər verir ki, bu sözləri AŞ PA-nın toplantısında iştirak edən millət vəkili Fazil Mustafa bildirib.
O, vurğulayıb ki, bu məkanda artıq şikayətçi onlardır, narazı onlardır: “Hər cür təxribata əl atırlar, Azərbaycanı saxta videolarla qaralayırlar, əleyhimizə qərarlar çıxarmağa çalışırlar. Ancaq Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətimizin hər bir üzvü ən kiçik detal, atmaca, cümlə ilə bağlı həssaslıq göstərir, əks arqumentlərlə erməni-fransız-başqa soysuzlar birliyinin həmlələrini dəf etməyə çalışır. Vətən üçün, Qarabağ üçün harada mübarizə, müzakirə varsa, ora həm də səngərdir. Hər bir azərbaycanlı öz səngərində vicdanla xidmət göstərsə, hansı dünya gücü olursa olsun, çökdürə bilməyəcək bizi!"