Baş nazirin müavini: “Azərbaycan “yaşıl enerji"yə keçid üçün bütün lazımi tədbirləri görür”

“Azərbaycan “yaşıl enerji"yə keçid üçün bütün lazımi tədbirləri görür”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan “yaşıl keçid”ə çox ciddi yanaşır: "Bununla bağlı artıq bir çox tədbirlər həyata keçirilib və gələcəkdə bu istiqamətdə hələ daha çox işlər görülməlidir".
O bildirib ki, Azərbaycan beynəlxalq layihələrdə, o cümlədən BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində həyata keçirilən layihələrdə iştirak edir.