"Sənsiz daha iki il keçdi. Öyrəşmədim, öyrəşmirəm də. Yaşayıram, nəfəs alıram, işləyirəm, ayaqda dururam, durmağa da çalışıram. Amma yarımçığam, Balaş. Sənsiz elə bil bir tərəfim əskikdir...".
"Sherg.az" xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva öz sosial şəbəkəsində qeyd edib. İfaçı mərhum stilist qardaşı Balaşla fotolarını paylaşaraq, yazıb:
"Getdiyim hər yerə səni də yanımda aparıram. Hər işimdə səni yanımda hiss edirəm. "Xatuş, bəzənməyə" neçədə gələcəksən?" deyə mənə zəng etməyini, "Xatuş, necə oldun, səsin düzəldi?, az əsəbləş, heç nəyi vecinə alma, hər şey yaxşı olacaq" deməyin üçün o qədər darıxdım ki... Sən varsan, həmişə yanımdasanmış kimi yaşamağa, səni yaşatmağa davam edəcəyəm. Sənin üçün o qədər darıxmışam ki... Səni çox sevirəm, canımın parçası, dəniz gözlü, Balaşım. Nurlar içində yat."