200 illik separatizmin kökünü kəsildi: Sarkisyanın açıqlaması sadəcə çarəsizlikdir

Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serjik Sərkisyan qondarma rejimin ləğvinə münasibət bildirib. Sərkisyan ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə bağlı keçiriləcək məhkəmədən əvvəl jurnalistlərin sualını cavablandırıb.

Separatçı rejimin məhv olduğunu qəbul edə bilməyən Sərkisyan ümidsiz halda bunları deyib:

“Mənim üçün “artsax” səhifəsi heç vaxt bağlanmayacaq. Ümidsizlik günahdır, qürur isə ondan da ağır günahdır. Bu həqiqəti insanlara izah etmək lazımdır”.


Açıqlamanın Sarkisyanın axmaq başındakı separatizm xəstəliyinin davam edəcəyinə işarə olduğunu deyən politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, həm Sarkisyan, həm də Köçəryan "artsax" layihəsinin tərkib hissəsidir:

"Onlar zamanında sözügedən layihədən Qarabağda yaşayan ermənilərin qanı bahasına milyonlar qazandılar. Sonra isə transfer olundular Ermənistan hakimiyyətinə. Ancaq hər şey bitib. Azərbaycan əsgəri 200 illik separatizmin kökünü kəsdi. Ona görə də Sarkisyanın açıqlaması sadəcə çarəsizlikdir. Hər bir halda etiraf etmək gözəl bir şeydir. Ancaq çox təəssüf ki, bu cılız adam reallıqları etiraf edə bilmir. Çünki bununla bağlı suallar yaranacaq və cavab vermək lazımdır". 
Analitik əlavə edib ki, Sarkisyan hələ baş nazir olarkən gülərək jurnalistə "heç bir zaman Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq"demişdi:
"Bu günkü reallıq isə başqa məsələləri ortaya qoyur. Ümumiyyətlə hər şeyin cavabı həqiqətdədir. Yəni "niyyətiniz haradırsa, mınziliniz də oradır". Bu gün ilahi ədalət yerinə gəlib və Sarkisyan, Köçəryan kimilər cavab verirlər".

Qeyd edək ki, S.Sərkisyan dövlət büdcəsindən təxminən yarım milyard dramın mənimsənilməsində ittiham edilir.