"Afrikada məğlub olmuş Fransa öz kolonial siyasətini Cənubi Qafqazda davam etdirmək istəyir"
Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda keçirdiyi görüşlərdə saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" səhifəsində Fransa xarici işlər nazirinin iddialarına cavabında bildirib.
"Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadələri nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindən bütün maskaları yırtdı", - XİN rəsmisi qeyd edib.
Rəsmi Parisin məqsədlərini “Sherg.az”a dəyərləndirən millət vəkili Asim Mollazadə söyləyib Afrikada məğlub olmuş Fransa öz kolonial siyasətini Cənubi Qafqazda davam etdirmək istəyir:
"Yəni Fransa zəifləyən Rusiyanı əvəz etmək arzusundadır. Fransa XİN rəhbərinin açıqlaması isə bilavasitə erməni diasporunun istəyi ilə səsləndirilib. Ümumiyyətlə erməni lobbisi müharibənin bitməsini istəmir. Onlar çalışırlar ki, daimi münaqişə olsun və bundan yararlanaraq yeni maliyyə fondları yaradıb, mövcud olan siyasi korrupsiyadan istifadə etsinlər. Rəsmi Paris də hazırda erməni xalqını yeni müharibəyə kökləmək istəyir. Ona görə ki, Fransa kolonial arzu ilə yaşayır. 21-ci əsrdə isə bunu davam etdirmək mümkün olmayacaq".