12 ilə yetişir: Min-bir dərdin dərmanı!

Bütün orqanları sanki yenidən doğulmuş kimi təmizləyir!

  12 ilə yetişən balzam sirkəsi min-bir dərdin dərmanı hesab edilir. Balzam sirkəsinin bütün orqanları təmizləyib, yenilədiyi bildirilir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən balzam sirkəsinin hazırlanma qaydasını təqdim edir.
  Balzam sirkəsi dünya mətbəxində xüsusi dadlandırıcı vasitə kimi istifadə edilir. Bu, sirkə növləri arasında ən üstünüdür. Balzam sirkəsi üzüm şirəsinin tünd rəng alanadək qaynadılması nəticəsində əldə edilir. Lakin onu dərhal istifadə etmirlər. Alınmış məhlulu şüşə qablara doldurub qaranlıq bir yerdə saxlayırlar. İllər keçdikcə məhlulun tərkibi fermentasiyaya uğrayır. Və üzüm suyunun tərkibindəki şəkər əsas kütlədən ayrılır. Şəkərsiz məhlul balzam sirkəsi hesab edilir. Şəkərin əsas kütlədən ayrılması bəzən illərlə sürür. Hətta bunun üçün 12 il gözləmək lazım gəlir. Balzam sirkəsi düzgün qaydada istifadə edilirsə, orqanları təmizləmək, yeniləmək gücündədir. Həzm sistemini başdan-ayağa təmizləyən sirkə, tərkibindəki probiotiklər sayəsində bağırsaq florasını qoruyur və zərərli bakteriyaları bədəndən xaric edir. Balzam sirkəsi qanda şəkəri normada saxlayır. Balzam sirkəsi qatılmış yemək yeyildikdən sonra qanda şəkəri və xolesterini də tarazlaşdırır. Bu sirkənin tərkibində mikroblara qarşı güclü antimikroblar var. Balzam sirkəsi dərinin də gözəl, parlaq və gənc görünməsini təmin edir. Bundan başqa, balzam sirkəsi ürək-damar sisteminin möhkəmlənməsi, qan təzyiqinə qarşı əla dərmandır. Balzam sirkəsi şərab deyil. O, tünd ətirli olsa da, faydalı elementlərlə çox zəngindir. Dadı isə yeməklərə xüsusi ləzzət verir.