“Xankəndidə bayraq dalğalandırmaqla ölkənin tarixini dəyişdirən Banisinin 5 böyük addımı mövcuddur”.
Bunu “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri Əziz Əlibəyli Prezident İlham Əliyevin Xankəndidə bayrağımızı dalğalandırmasından danışarkən bildirib.
O deyib ki, bu əlahiddə hadisənin bir neçə mühüm tezislə izahı var:
“Birincisi, Prezident İlham Əliyev atasından sonra Xankədidə olan yeganə liderdir. Çünki mərhum Heydər Əliyevin qurub-tikdiyi Xankəndidəki bina önündə xalqa qalibiyyət raportu vermək ancaq İlham Əliyev kimi qalib liderin qisməti ola bilərdi.
İkincisi, Prezident Əliyev Xankəndidə sərkərdə kimi olub. Qəribədir ki, hərbi mündirlə qalib sərkərdəni öz qarşısında görən xalq qələbə sevincinə doymur.
Üçüncüsü, Dünyanın bütün dillərində “Xankəndi” sözü yazıldı. Bununla da 30, bəlkə son 70 ilin siyasi ədəbiyyatına, ideologiyasına pərçimlənmiş “Stepanakert” adı əbədi dəfn edildi. Bu, artıq söz hadisəsi deyil. Siyasi, ideoloji, diplomatik, psixoloji olaydır.
Dördüncüsü, Xankəndi prosesi erməni lobbisinin ilk məğlubiyyətinin yekun nəticəsi hadisəsidir. Bu günə qədər dünyanın maliyyə dövriyyəsinə nəzarət edən, qara dövriyyədə milyardlarla payları olan böyük və şəbəkələşmiş bir korporasiyanın tənəzzülü idi.
Beşincisi, Xankəndidə Prezident “Böyük Ermənistan” adlı xəritədə ifşa etdi ki, onların xəstə ideologiyaları bütün qonşu ölkələrin ərazilərinə göz dikməkdən ibarət imiş”.