Paşinyanın sülhə zərbə vurur  - Səməd Seyidov

"Avropa Parlamenti islamafobiya, antisemitizm və ksenafobiyanın mənbəyidir".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentinin anti-azərbaycan mövqeyindən danışarkən deyib.

O bildirib ki, Avropa parlamentinin vitse-prezidenti korrupsiya ilə bağlı həbs olunub:

"Bu da hər şeyi izah edir. Digər tərəfdən bir yalançının digərinə söz deməyi və dəstək verməsi heç də təəccüblü deyil. Çox təəssüflər olsun ki, bu gün erməni mediasında oxudum ki, Ermənistan KTMT və Avrasiya birliyindən çıxmaq fikirində deyil. Maraqlı məqam odur ki, dünən Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında bu təşkilatları günahlandırır və onları tərk edəcəyini bəyan edirdi. Bu gün isə başqa söz deyilir".

Parlamentari əlavə edib ki, Ermənistan rəhbərliyinin səsləndirdiyi fikirlər üst-üstə düşmür:

"Sülhün əlda olunması ilə bağlı ən böyük problem də Ermənistan rəhbərliyinin yalançı olmasıdır. Onlar heç həqiqəti də qəbul etmək istəmirlər. Bu nöqteyi-nəzərdən Paşinyanın Avropa Parlamentindəki çıxışı tamamilə reallıqdan uzaqdır. Sual yaranır ki, "qaçqın və köçkün"dən söhbət açan Paşinyanın özü Qarabağda heç bir təzyiqin olmadığı barəsində bəyanat verməyibmi? Ona görə də deyə bilərik ki, bu çıxış təxribatdır və regionda sülhə zərbə vurur. Ümumiyyətlə Ermənistanın dövlətçiliyi böyük təhlükə altındadır. Çünki Ermənistan rəhbərliyi Azərbaycanın verdiyi şansdan istifadə etmək istəmir. Onlar anlamırlar ki, Ermənistanın mövcudluğu Azərbaycanla bağlıdır".